...

Ağcabədidə qəza - Ölən var (VİDEO)

Hadisə Materials 19 Mart 2025 10:28 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə ötən gün iki minik avtomobili toqquşub, sürücü ölüb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ"2106 markalı 04 BR 679 nömrə nişanlı avtomobil "VAZ" 21011 markalı 90 LA 510 dövlət nömrəli avtomobillə toqquşub.

Nəticədə, "VAZ" 11 markalı avtomobilin sürücüsü Ceyhun adlı şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti