...

Bakıda ilaxır çərşənbədə zəhərlənənlərin sayı açıqlandı

Hadisə Materials 19 Mart 2025 10:46 (UTC +04:00)
Bakıda ilaxır çərşənbədə zəhərlənənlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

18.03.2025-ci il tarixindən 19.03.2025-ci il tarixinə keçən gecə qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 9 nəfər (4 kişi cinsli, 5 qadın cinsli) qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, qəbul edilən şəxslərdə əsas şikayətlər ürəkbulanma, qusma, ishal və mədə ağrıları ilə bağlı şikayətlər olub.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti