...

Babək rayonunda minik avtomobili yanıb

Hadisə Materials 20 Mart 2025 12:57 (UTC +04:00)
Babək rayonunda minik avtomobili yanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Babək rayonunda minik avtomobili yanıb.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Babək rayon Sirab kəndində "Niva" markalı minik avtomobilində yanğın olub.

Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Xəbər lenti

Xəbər lenti