...

Avtomobilində narkotik vasitə daşıyan şəxs tutuldu

Hadisə Materials 20 Mart 2025 13:28 (UTC +04:00)
Avtomobilində narkotik vasitə daşıyan şəxs tutuldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 6 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti