...

Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edildi (VİDEO)

Hadisə Materials 21 Mart 2025 11:05 (UTC +04:00)
Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edildi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trnd:

Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Qeyd edilib ki, onlar şadlıq evinə 22200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti