Bakı. Trend:
ABŞ-ın Nyu-Meksiko ştatının Las-Kruses şəhərində gecə saatlarında parkda atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb. Ölənlərin 16-19 yaş arası gənclər olduğu bildirilib.
Polis insidentlə bağlı hələlik heç kimi saxlamayıb, lakin araşdırmalar davam edir.