...

Mingəçevir su anbarında zəlzələ baş verib (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 26 Mart 2025 18:10 (UTC +04:00)
Mingəçevir su anbarında zəlzələ baş verib (ƏLAVƏ EDİLİB)

Bakı. Trend:

Mingəçevir su anbarında yeraltı təkan qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkan Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Samux rayonunda baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

XXX

17:35

Azərbaycanda 3,6 bal gücündə zəlzələ baş verib.

Trend bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata əsasən, yeraltı təkanların episentri Gəncə stansiyasından 36 km şimal-şərqdə, Samux rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Xəbər lenti

Xəbər lenti