...

Mingəçevirdə qadın ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib

Hadisə Materials 30 Mart 2025 09:27 (UTC +04:00)
Mingəçevirdə qadın ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.

Ailə üzvləri Z. Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Lakin həkimlər onun hazırda vəziyyəti ağır qiymətləndirir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.

Xəbər lenti

Xəbər lenti