...

Bakıda yaşayış binasında yanğın olub (VİDEO)

Hadisə Materials 30 Mart 2025 18:34 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bak. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb.

Mənzil və yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti