...

Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 1 Aprel 2025 11:43 (UTC +04:00)
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti