...

Abşeronda əməliyyatlar - 36 nəfər saxlanılıb (VİDEO)

Hadisə Materials 12 Aprel 2025 10:53 (UTC +04:00)
Abşeronda əməliyyatlar - 36 nəfər saxlanılıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotiklərin dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb.

"Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib

Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Abşeron rayonunda qeyd edilən istiqamətdə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti