...

Vətəndaşın kreditə götürdüyü pulu oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 12 Aprel 2025 12:45 (UTC +04:00)
Vətəndaşın kreditə götürdüyü pulu oğurlayan şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib.

Belə ki, polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti