...

Ağdamda azyaşlı it hücumuna məruz qalıb

Hadisə Materials 13 Aprel 2025 15:34 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda azyaşlı it hücumuna məruz qalıb.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

Qəsəbə sakini 2021 təvəllüdlü Hüseynov Sabir Zahir oğlu küçədə oynadığı zaman it ona hücum edib.

Hücum nəticəsində S.Hüseynov üz nahiyəsindən yara alıb.

Azyaşlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin yardım göstərildikdən sonra o Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Xəbər lenti

Xəbər lenti