...

Naxçıvanda çörək sexində yanğın baş verib

Hadisə Materials 15 Aprel 2025 19:19 (UTC +04:00)
Naxçıvanda çörək sexində yanğın baş verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində ümumi sahəsi 100 m² olan çörək sexinin yanar konstruksiyaları 42 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti