...

Şabrançayda 2 nəfərin meyiti tapılıb

Hadisə Materials 17 Aprel 2025 10:23 (UTC +04:00)
Şabrançayda 2 nəfərin meyiti tapılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şabrançay çayında 2 nəfərin meyiti tapılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"16.04.2025-ci il tarixində Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib", - deyə FHN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti