Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Yasamal rayonu ərazisində 1 tapança, 1 patron darağı və 6 patron tapılaraq götürülüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırma aparılır.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.