...

Suqovuşanda binadan yıxılan üç yaşlı uşaq ölüb

Hadisə Materials 17 Aprel 2025 15:00 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərənin Suqovuşan qəsəbəsində binadan yıxılan azyaşlı ölüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada baş verib.

2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu yaşadıqları binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.

Ağır xəsarət alan Ö.Ağazadə Tərtər Mərkəzi Rayon Xəstəxanasına təcili tibbi yardım maşını ilə gətirilərkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti