...

Bakıda restoranda yanğın olub

Hadisə Materials 23 Aprel 2025 10:47 (UTC +04:00)
Bakıda restoranda  yanğın olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda restoranda yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 2 paq.m kabel və 2 m² sahədə yığılan taxta tullantıları yanıb.

"Yüksək temperaturdan yaxınlıqdakı sanitar qovşağın plastikdən ibarət qapısı əriyib. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti