Bakı. Trend:
Oğuz rayonunda 80 yaşlı qadın su kanalında boğularaq ölüb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Belə ki, kənd sakini 1945-ci il təvəllüdlü Həsənova Qənirə bağ sahəsində su kanalına düşüb və boğularaq ölüb.