...

Zaqatalada “Mercedes” ağaca çırpılıb

Hadisə Materials 5 May 2025 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə ilə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı məlum olub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və bir nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti