...

Bakıda yaşayış binasındakı yanğın söndürüldü (YENİLƏNİB) (VİDEO)

Hadisə Materials 6 May 2025 18:27 (UTC +04:00)
Bakıda yaşayış binasındakı yanğın söndürüldü (YENİLƏNİB) (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - nazirlikdən bildirilib.

xxx

17:43

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində mənzildə yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xialetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti