...

Sumqayıtda avtoyuma məntəqəsində yanğın olub

Hadisə Materials 17 May 2025 23:51 (UTC +04:00)
Sumqayıtda avtoyuma məntəqəsində yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 15 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı 4 m² sahədə, yaxınlıqda 20 m² sahədə məişət tullantıları və 15 paq.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti