...

Nabranda vaqon yanıb

Hadisə Materials 18 May 2025 17:42 (UTC +04:00)
Nabranda vaqon yanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Nabran kəndində yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 12 kvadratmetr olan vaqonun yanar konstruksiyaları alova bürünüb. Hadisə zamanı yüksək temperatur nəticəsində yaxınlıqda yerləşən digər vaqonun iki ədəd plastik pəncərə çərçivəsi də əriyib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində vaqonun qalan hissəsi alovdan mühafizə olunub. Yanğın qısa müddətdə söndürülüb.

Xəbər lenti

Xəbər lenti