...

Bakıda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 19 May 2025 09:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobil mopedlə toqquşub, sərnişin xəstəxanada ölüb.

Trend-in məlumatına görə, hadisə ötən gün Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.

Belə ki, Ağakişiyev Sadəddin Əjdər oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota Prius C” markalı avtomobillə hərəkətdə olarkən Məmmədov Samir Sabir oğlunun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Mirzəyev Əşrəf Nəsrəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Fakta görə Nəsimi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti