...

Nəzrin Mansurlunun xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 26 May 2025 12:39 (UTC +04:00)
Nəzrin Mansurlunun xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi cari il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. ( https://genprosecutor.gov.az/az/post/8322)

Trend xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti