...

Paytaxt ərazisində avtomobildən oğurluq edənlər saxlanılıblar

Hadisə Materials 30 May 2025 10:59 (UTC +04:00)
Paytaxt ərazisində avtomobildən oğurluq edənlər saxlanılıblar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Qaradağ rayonunda bir nəfərə məxsus avtomobildən 1300 manat oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı R.Ağayev saxlanılıb.

Nəsimi rayonunda baş vermiş analoji hadisə nəticəsində də avtomobildən 700 dollar talamaqda şübhəli bilinən 38 yaşlı R.Süleymanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti