...

İmişlidə yol qəzasında 6 nəfər xəsarət alıb

Hadisə Materials 5 Avqust 2025 13:51 (UTC +04:00)
İmişlidə yol qəzasında 6 nəfər xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

İmişli. Trend:

İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə saat 11 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Opel" markalı və "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti