Bakı. Trend:
Beyləqanda tanışını öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmlinin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Seyidağa Rüstəmli 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2024-cü il 11 oktyabrda baş verib. Seyidağa Rüstəmli sərxoş vəziyyətdə ictimai asayişi pozaraq avtomobil yoluna çıxıb və sürücülərlə mübahisə edib. Hadisənin qarşısını almaq üçün Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında mübahisə yaranıb. Seyidağa Ramilə yumruqla xəsarət yetirib.
Ramil Kərimov xəstəxanaya yerləşdirilsə də hadisədə 11 gün sonra xəstəxanada ölüb.
Təqsirləndirilən Seyidağa Rüstəmli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma), 221.2.2-ci maddəsi ilə ittiham edilib.