Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 2 paq.m mebel yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə əlavə edilib.