...

İlk altı ayda baş verən avtoqəzaların sayı açıqlandı

Hadisə Materials 14 Avqust 2025 16:36 (UTC +04:00)
İlk altı ayda baş verən avtoqəzaların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb.

Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub.

Vurğulanıb ki, bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti