...

Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

Hadisə Materials 2 Noyabr 2025 15:40 (UTC +04:00)
Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

Bakı. Trend:

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti