Bakı.Trend:
Qusar rayonunun Əcəxur kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 157 m² sahədə yanıb.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi və bitişik qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
