Bakı.Trend:
Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxsdən narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
