...

İmişlidə narkokuryerliyə cəlb olunan qadın və kişi saxlanıldı

Hadisə Materials 11 Fevral 2026 11:15 (UTC +04:00)
İmişlidə narkokuryerliyə cəlb olunan qadın və kişi saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.

Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti