Bakı.Trend:
Qusarda elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində bir nəfər həyatını itirib.
Trend-in məlumatına görə, hadisə dünən səhər saat 10 radələrində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Ramik Müslümov tək yaşadığı Qusar rayonunun Aşağı Ləgər kəndində yerləşən fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
