...

Fevralın 16-na olan kriminal xronika

Hadisə Materials 17 Fevral 2006 13:11 (UTC +04:00)

Fevralın 16-da daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 18-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfərsə yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 33 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti