...

İki Quba sakininin münaqişəsi ölumlə nəticələnib

Hadisə Materials 17 Avqust 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Quba / Trend / Bu gecə saat 01:00 radələrində Qubadakı "Tərlan" kafesi qarşısında qətl hadisəsi baş verib. 24 yaşlı Quba şəhər sakini Tural Şahbaz oğlu Cəfərov həmyerlisi və həmyaşıdı İlham Mənsur oğlu Babayevi bıçaqla qətlə yetirib. O, mərhumun bədəninin ürək nahiyəsinə 2 bıçaq zərbəsi endirib. Quba Rayon Prokurorluğunun müstəntiqi İlqar Babayevin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb tərəflər arasında yaranan münaqişə olub. Məhkəmə tibbi ekspertizanın təyin etdiyi müayinələrə əsasən, Babayev ürək nahiyəsindən aldığı ilkin bıçaq zərbəsindən Quba Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Həkim-ekspert Çingiz İsgəndərov ölümün səbəbini mərhumun çoxlu qan itirməsi ilə əlaqələndirib. Ekspertin dediyinə görə, ikinci bıçaq zərbəsi nisbətən zəif olub. Münaqişədən sonra hadisə yerini tərk edən qətldə şübhəli bilinən Cəfərov gecə saat 04:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib və törətdiyi əməli etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Quba Prokurorluğu araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti