...

Samur-Abşeron kanalından meyit aşkarlanıb

Hadisə Materials 5 Sentyabr 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindəki su təmizləyici hövzəsindən çərşənbə günü səhər saatlarında kişi meyiti aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, cəsəd Quba rayon Küpçalqışlaq kənd sakini 37 yaşlı Elmar Rzabala oğlu Rzayevin meyididir.

Siyəzən rayon Polis Şöbəsinin rəis müavini Nazim Məstanovun çərşənbə günü Trend ə verdiyi məlumata görə, aşkarlanan meyit üzərində zorakılıq əlamətləri yoxdur. Rzayevin yaxınlarının dediyinə görə, ölümündən əvvəl o, avqustun 2-də günorta saatlarında həmkəndlisi Rüstəm Qurbanovla yeyib-içdikdən sonra Samur-Apşeron kanalına təssərüffat suyunu qoşmağa gedib. Həmkəndlisi ilə aralarında mübaisə yaranıb, Sonra xəbər gəlib ki, Rzayev kanala düşüb. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır. Qurbanov istintaqa cəlb olunub. Lakin hələlik ölümün səbəbləri məlum deyil.

Quba paytaxt Bakıdan 165 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti