...

Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir

Maraqlı Materials 24 Oktyabr 2011 19:08 (UTC +04:00)
Britaniyalı alimlər xoşbəxt ailə həyatına və boşanma hallarının artmasına maddi təminat səviyyəsinin təsir etdiyini aydınlaşdırıblar.
Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Britaniyalı alimlər xoşbəxt ailə həyatına və boşanma hallarının artmasına maddi təminat səviyyəsinin təsir etdiyini aydınlaşdırıblar. Bu barədə Trend "Utro.ru" saytına istinadən xəbər verir.

İki minə yaxın ər-arvad arasında aparılan sorğunun nəticələri göstərib ki, onların yarıdan çoxunun ailə xoşbəxtliyi maliyyə böhranından zərər çəkib və bununla bağlı yaranan stress onların qarşılıqlı münasibətlərinə təsir edib. Aşağı gəlirli ailələrdə böyüyən uşaqlar isə istədikləri çox şeyi ala bilmədiklərindən əziyyət çəkirlər.

Rəyi soruşulanların 67 faizə yaxını etiraf edib ki, maliyyə problemləri tez-tez onların ailə münaqişələrinə səbəb olur. Tədqiqat iştirakçılarının 37 faizi üçün stressin başlıca səbəbi işdə həddindən artıq vaxt keçirmək zərurətidir. Orta hesabla iki cinsin nümayəndələri arasında hər dörd respondentdən biri işini itirəcəyindən və nəticədə də yaşamaq üçün vəsaitsiz qalacağından qorxduğunu etiraf edib.

Xəbər lenti

Xəbər lenti