...

Donuz başı İngiltərəni ayağa qaldırdı

Maraqlı Materials 18 May 2013 23:49 (UTC +04:00)
İngiltərənin "Stoke City" klubunda müsəlman futbolçu Kenvin Consun dolabına qoyulan kəsilmiş donuz başı ölkəni ayağa qaldırdı.
Donuz başı İngiltərəni ayağa qaldırdı

Azərbaycan, Bakı, 18 may /Trend/

İngiltərənin "Stoke City" klubunda müsəlman futbolçu Kenvin Consun dolabına qoyulan kəsilmiş donuz başı ölkəni ayağa qaldırdı.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, sosial şəbəkədə "Soyunub-geyinmə otağındakı zarafatlar gərginliyə səbəb oldu" yazısı ilə paylaşılan fotodan sonra klubdan açıqlama verilib.

Açıqlamada belə yolverilməz hərəkətin araşdırılacağı və günahkarların cəzalandırılacağı bildirilir.

Klubun meneceri Toni Pulis deyib: "Komanda daxilində olduqca isti münasibət var. Xüsusilə, dörd-beş oyunçu tez-tez bir-biri ilə zarafatlaşır. Bugünkü məsələ haqqında heç bir məlumatım yoxdur. Sabah bu məsələni müzakirə edəcəyik. Oyunçularla danışıb, tam olaraq nəyin baş verdiyini öyrənəcəyəm".

Digər tərəfdən, bu hərəkətə çox əsəbiləşən Kenvin Consun rəfiqəsi məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini paylaşıb: "Bizim dini inancımıza görə donuz başının qoyulması çox böyük hörmətsizlikdir. Bunun harasının zarafat olduğunu anlamıram".

Xəbər lenti

Xəbər lenti