...

Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır

Maraqlı Materials 8 Avqust 2013 00:36 (UTC +04:00)
Çində aparılan araşdırma həftədə iki dəfə çiy sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin yüzdə 44 nisbətində az olduğunu göstərib.
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Çində aparılan araşdırma həftədə iki dəfə çiy sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin yüzdə 44 nisbətində az olduğunu göstərib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Sarımsağın siqaret çəkənlərdə və ya tüstüyə məruz qalanlarda belə, bu riski təxminən yüzdə 30 nisbətində azaltdığı bildirilir.

Pişmiş sarımsağın isə həmin nəticələri verib-vermədiyi hələ məlum deyil.

Araşdırma "Cancer Prevention Research" nəşrində dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti