...

Havay hakimiyyəti Obamanın şərəfinə çimərliyin adını dəyişdirməkdən imtina edib

Maraqlı Materials 9 Oktyabr 2014 11:30 (UTC +04:00)
ABŞ-ın Havay ştatının Qonoqulu Şəhər Şurasının üzvləri məşhur Sandy Beach Park çimərliyinin adının dəyişdirilərək Prezideni Barak Obamanın şərəfinə adlandırılması haqqında təklifi geri götürüblər.
Havay hakimiyyəti Obamanın şərəfinə çimərliyin adını dəyişdirməkdən imtina edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

ABŞ-ın Havay ştatının Qonoqulu Şəhər Şurasının üzvləri məşhur Sandy Beach Park çimərliyinin adının dəyişdirilərək Prezideni Barak Obamanın şərəfinə adlandırılması haqqında təklifi geri götürüblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV xəbər yayıb.

Beləliklə, çimərliyin əvvəlki adı saxlanılıb. Çimərliyin adının dəyişdirilməsinin əleydarı olan yerli sakinlər bildiriblər: "Bu çimərliklə çoxlu sayda tarixi və mədəni hadisələr bağlıdır, bununla zarafat etməyə dəyməz".

Havay televiziyasının keçirdiyi sorğu 1100 şərh alıb ki, onların 90 faizi mənfi olub. Ümumilikdə, yerli sakinlər çimərliyin adının dəyişdirilməsinin əleyhinə olublar. Çünki bu, çoxlu turist və avaranı cəlb edə və çimərlikdə təhlükəsizliyinə problemlər yarada bilərdi.

Başqa ştat və bələdiyyələrin məktəbləri və yolları artıq Obamanın adını daşıdığı halda Havay adalarında hələ bunu etməyə hazırlaşmırlar. İtaliya nəşrlərindən birində dərc edilən məqalədə deyilir ki, bu, son aylar prezidentin məşhurluğunun azalması ilə bağlı ola bilər.

Bundan əvvəl xəbər verilmişdi ki, Qonoqulu Şəhər Şurası boduselfinq həvəskarları arasında populyar olan Sandy Beach Park çimərliyinin adının BŞ prezidenti Barak Obamanın şərəfinə dəyişdirilməsini təklif edib. KİV-in məlumatına görə, Barak Obama bu idman növünün böyük azarkeşidir. Bundan başqa, Havay ştatı Prezidentin ikinci vətənidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti