...

Alkoqolun leqallaşdırılması fikrinə görə məhkəməyə verilən deputat

Maraqlı Materials 6 Yanvar 2015 20:00 (UTC +04:00)
Küveyt parlamentinin deputatı Nabil əl-Fadla qarşı milli heysiyyəti təhqir etmək ittihamı irəli sürülüb.
Alkoqolun leqallaşdırılması fikrinə görə məhkəməyə verilən deputat

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

Küveyt parlamentinin deputatı Nabil əl-Fadla qarşı milli heysiyyəti təhqir etmək ittihamı irəli sürülüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, buna səbəb onun Küveytdə spirtli içki məhsullarının leqallaşdırılmasının əleyhinə olmadığ ını deməsi olub.

N.Fadl özünü müdafiə etmək üçün isə bildirib ki, bu, yalnız şəxsi düşüncələri olub və müvafiq qanun layihəsini irəli sürməyi planlaşdırmayıb.

Qeyd edək ki, Küveytdə spirtli içkini qadağan edən qanun 1983-cü ildə qəbul edilib. Küveyt Fars körfəzində müvafiq qadağanı tətbiq edən ilk ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti