...

Bu il 1 saniyə uzun olacaq

Maraqlı Materials 9 Yanvar 2015 20:32 (UTC +04:00)
Fransadakı Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb.
Bu il 1 saniyə uzun olacaq

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.

Aradakı fərqi azaltmaq üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.

Qeyd edək ki, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin getdikcə azalması səbəbindən 1972-ci ildən bəri saatlara 26 dəfə artıq saniyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti