Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/
ABŞ və Kuba arasında 15 il sonra ilk dəfə olaraq birbaşa telefon xətti qurulub.
Trend-in "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, Kubanın "Eetesca" telekommunikasiya şirkəti tərəfindən verilən açıqlamada deyilir ki, xətt ilkin olaraq telefon söhbətləri üçün istifadə ediləcək.
Uzunmüddətli perspektivdə sistemdən internetdən istifadə üçün yararlanmaq olacaq. Telefon xətti iki ölkə arasında ötən ilin dekabrında başlayan normallaşma prosesi çərçivəsində imzalanan sazişin ilk bəhrəsidir.
Qeyd edək ki, ABŞ və Kuba arasında telefon əlaqələri daha əvvəl üçüncü ölkə üzərindən saxlanılırdı ki, bu da baha başa gəlirdi.