...

İt atılmış uşağı xilas etdi

Maraqlı Materials 5 May 2015 22:23 (UTC +04:00)
"Nom Sot" (“Süd”) adlı sahibsiz it Taylandın Çonburi əyalətində anası tərəfindən zibilliyə atılmış qız uşağını xilas edib.
İt atılmış uşağı xilas etdi

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Tural Turan/

"Nom Sot" ("Süd") adlı sahibsiz it Taylandın Çonburi əyalətində anası tərəfindən zibilliyə atılmış qız uşağını xilas edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Ağ küçə iti yerli sakinlərin gözü qarşısında digər itlərin üstündə dalaşdığı mələfəyə bükülmüş qız uşağını dişləri arasına alaraq hadisə yerindən uzaqlaşıb və insanların yanına gətirib. Qəsəbə sakinləri qız uşağına sahib çıxaraq xilasediciləri çağırıblar. Qız uşağının bədənində qapma yerləri olduğu üçün onu xəstəxanaya aparıblar.

Yerli polisin məlumatına görə, nəzarət kameralarının qeydlərində uşağın anası ehtimal olunan şəxsin bir neçə kadrı aşkarlanıb. Polis uşağın anasını axtarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti