...

Yeraltı şəhər – dünyanın opal mərkəzi (FOTO)

Maraqlı Materials 2 İyul 2015 01:15 (UTC +04:00)
Qiymətli minerallardan hesab edilən opal daşının dünyada ən çox əldə olunduğu şəhər yerin altında yerləşirmiş.
Yeraltı şəhər – dünyanın opal mərkəzi (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Qiymətli minerallardan hesab edilən opal daşının dünyada ən çox əldə olunduğu şəhər yerin altında yerləşirmiş.

Trend xəbər verir ki, Kuber Pedi Avstraliyanın Cənubi Avstraliya ştatının mərkəzi hissəsində yerləşən kiçik bir şəhərdir. Şəhərin əhalisinin sayı təxminən 1700 nəfərdir.

Bu şəhər dünyanın qiymətli minerallardan olan opal daşı mərkəzi hesab edilir. Dünyanın opal ehtiyatlarının1/3-i məhz burada yerləşir.

Kuber Pedi əvvəllər tamamilə yeraltı şəhər olub. Havanın gündüzlər çox isti keçməsi və güclü isti küləklər əhalini yerin altında məskunlaşmağa və orada özlərinə ev tikməyə məcbur edib.
İndinin özündə də burada yeraltı evlər, yeraltı kilsə, şəkil qalereyası, hotellər və bir neçə dükan var.

Ən maraqlısı isə odur ki, burada tamamilə su yoxdur. Buruqlar nə qədər dərin qazsalar da, bu ərazidə su tapmaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti