Azərbaycan, Bakı, 13 avqust /Trend/
Almaniyada 16 yaşlı yeniyetmə qız Bavariya göllərinin birində 16 min avro qiyməti olan qızıl külçəsi tapıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Polisin verdiyi məlumata əsasən, 0.5 kq çəkisi olan külçə Keniqzee gölündə cəmi 2 metr dərinliyində yerləşmişdir.
Yeniyetmə qız tapıntını yerli hakimiyyətə verib. Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, külçənin qanuni sahibi tapılmasa, qız külçəni özünə götürə bilər.