...

90-cı illərin aparıcı top-modelləri 25 il sonra yeni layihədə birləşdilər (FOTO)

Maraqlı Materials 28 Avqust 2015 23:50 (UTC +04:00)
90-cı illərin populyar supermodelləri Sindi Krouford, Yeva Hersiqova, Helen Kristensen, Nadya Auerman, Tatyana Patis və Karen Aleksandr 25 il sonra yeni fotosessiyada iştirak etmək üçün bir araya gəliblər.
90-cı illərin aparıcı top-modelləri 25 il sonra yeni layihədə birləşdilər (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

90-cı illərin populyar supermodelləri Sindi Krouford, Yeva Hersiqova, Helen Kristensen, Nadya Auerman, Tatyana Patis və Karen Aleksandr 25 il sonra yeni fotosessiyada iştirak etmək üçün bir araya gəliblər. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.

Dəb sənayesinin aparıcı ilham mənbələrini bir yerə toplamaq ideyası məşhur fotoqraf Piter Lindberqə məxsusdur. Qeyd edək ki, məhz P.Lindberq 1990-cı ildə Amerikanın "Vogue" jurnalının üz qapağı üçün S.Krouford və həmkarlarının birgə şəklini çəkən fotoqrafdır.

Müəllif dəb tarixində iz qoyan əsrarəngiz qadınların gözəlliklərini göstərmək istəyir. Fotosessiyadan başqa çəkiliş prosesindən bəhs edən mini-film də çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti