...

80 yaşlı qazaxlı usta hər kəsi təəccübləndirir

Maraqlı Materials 28 Noyabr 2015 14:25 (UTC +04:00)
80 yaşlı qazaxlı usta hələ də öz işləri ilə hər kəsi təəccübləndirir.
80 yaşlı qazaxlı usta hər kəsi təəccübləndirir

Bakı. Trend:

Azərbaycanın ən gözəl havaları tarixən qara zurnada, balabanda çalınıb. Mənfur qonşularımız bu alətləri öz adlarına çıxsalar da, musiqidən az da olsa anlayışı olan hər kəs bilir ki, bu alətlərdə ifa olunan havalar erməni ruhuna aid ola bilməz.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, uzun illər qara zurnada vağzalı çalıb, gəlin köçürən Eldar Hacalıyev Qazax rayonunun Ağköynək kəndində yaşayır. O, qərb bölgəsində qara zurna, yastı balaban və digər nəfəsli alətlərin mahir ustası, eyni zamanda ifaçısı kimi tanınır. 50 ildir ki, bu qədim xalq sənətini yaşadan Eldar usta ifa etdiyi nəfəsli alətlərin əsas hissəsini özü hazırlayır. Sənətə ilk dəfə dəmkeş, yəni ikinci zurnaçı kimi gələn usta hələ yeniyetməlik vaxtında qamışdan düzəltdiyi nəfəs alətləri ilə diqqət çəkib.

E.Hacalıyev hər qamışdan təmiz səs verən çalğı aləti düzəltməyin mümkün olmadığını deyir. Bunun üçün uzun vaxt sərf edərək lazımi materialı tapır. Azərbaycanın qədim musiqi alətlərindən olan balaban və zurnanı ermənilərin özününküləşdirməsini isə pisləyib.

80 yaşlı usta ömrünün bu çağında da alətləri düzəltməkdən yorulmur. Qazax sakini bu qədim el sənətini indi oğluna və nəvələrinə öyrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti